Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
10 Dekabr , 2019

10 dekabr 2019-cu il tarixdə Daşkəsən rayon Mərkəzi Kitabxananın Xidmət şöbəsində şair, dramaturq, nasir, publisist, tərcüməçi Nəbi Xəzrinin anadan olmasının 95 illiyi münasibəti ilə “Həmişə müasir şair - Nəbi Xəzri başlığı altında ədəbi-bədii gecə keçirildi. Tədbirdə Xidmət şöbəsinin əməkdaşları və kitabxananın fəal oxucuları  iştirak edirdi.

Tədbiri Xidmət şöbəsinin müdiri Rəmziyyə Mahmudova açaraq bildirdi ki, Azərbaycan gerçəkliyinin ictimai-siyasi, mənəvi-psixoloji mənzərəsini, tariximizin bir çox olaylarını, insanlığın duyğu və düşüncələrini əks etdirən N.Xəzri ədəbiyyat və mədəniyyət tariximizdə öz işıqlı düşüncə və əməlləri ilə müasirlərinə və özündən sonrakı nəsillərə əhəmiyyətli dərəcədə təsir etmiş görkəmli sənətkardır və şübhəsiz, Nəbi Xəzrinin yaradıcılığı sovet və müstəqillik dövrü Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. 

Sonra Xidmət şöbəsinin əməkdaşı Şəhla Bayramova Nə­bi Xəz­rinin öz şeirlə­rin­də yal­nız Azər­bay­ca­nın dey­il, dün­ya xalq­la­rı­nın dərd­lə­ri­ni qə­lə­mə al­dığını və şairin hər han­sı bir xa­rici dün­ya­nı qə­lə­mə alan­da, hər han­sı bir xa­rici öl­kə­dən ya­zan­da da, ora­da Azər­bayc­a­nı gördüyünü qeyd etdi.

Tədbirdə Nəbi Xəzrinin həyat və yaradıcılığından geniş məruzələrlə çıxışlar edildi. Tədbir iştirakçılarından Rufət Məmmədov, Cavidan Mahmudov şairin “Ana dilim”, “Azərbaycan”, “Gözləyir bizi”, “Ana, bayraq, vətən” şeirilərini səsləndirdilər.