Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
25 Noyabr , 2019

25 noyabr 2019-cu il tarixdə Daşkəsən rayon Mərkəzi Kitabxananın Xidmət şöbəsi A.Mürsəlov adına 2 saylı orta məktəbin kitabxanasında türk yazıçısı Rəşad Nuri Güntəkinin anadan olmasının 130 illiyi münasibəti ilə yazıçının “Çalıquşu” romanının müzakirəsi keçirildi. Tədbirdə Xidmət şöbəsinin əməkdaşları və A. Mürsəlov adına 2 saylı orta məktəbin XI sinif şagirdləri iştirak edirdi.

Bədii istedada malik söz sənətkarı, türk ədəbiyyatı tarixində özünəməxsus layiqli yeri olan Rəşad Nuri Güntəkinin 130 illiyi münasibətilə  keçirilən tədbirdə  Xidmət şöbəsinin müdiri Rəmziyyə Mahmudova çıxış edərək ədibin həyat və yaradıcılığından  geniş məlumat verdi.  Sonra Xidmət şöbəsinin əməkdaşı Şəhla Bayramova çıxış edərək bildirdi ki, tanınmış yazıçının dünyanın bir sıra ölkələrində kitabları işıq üzü görmüşdür. Rəşad Nuri Güntəkinin əsərləri dünyanın müxtəlif dillərinə tərcümə olunaraq böyük oxucu rəğbəti qazanmışdır. Yaçının “Çalıquşu” romanında yazıçı özünəməхsus cizgilərlə təqdim etdiyi baş qəhrəmanı Fəridənin timsalında ilk dəfə olaraq romantik və idealist türk qadını obrazı yaradıb. Müsahibələrindən birində söylədiyinə görə, Rəşad Nurinin, ümumiyyətlə, “Çalıquşu” romanını yazmaqda əsas məqsədi o dövrdə хalqın gözündə oхumuş, təhsilli, sərbəst düşüncəli, nəşəli İstanbul qızlarına qarşı bir simpatiya oyatmaq olub.

Tədbir R.N.Güntəkin kimi bir yazıçının oxuculara tanıdılması məqsədilə təşkil  edilmişdir. Tədbirdə yazıçının romanlarından, pyeslərindən, hekayələrindən bəhs edildi.