Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
28 Dekabr , 2019

28 dekabr 2019-cu il tarixdə Daşkəsən rayon Mərkəzi kitabxananın uşaq şöbəsində Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə “Şən Yolka” adlı tədbir keçirildi. Tədbirdə Mərkəzi kitabxananın əməkdaşları və kitabxananın orta yaş qrupuna aid fəal oxucuları iştirak edirdi. Tədbir uşaq şöbəsinin hazırladığı ssenari əsasında keçirildi. Uşaq şöbəsinin müdiri Pərvanə Məmiyeva bütün iştirakçıları qarşıdan gələn dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə təbrik etdi, onlara xoş arzularını bildirdi. Sonra uşaqlar həmrəylik gününə və yeni ilə həsr olunmuş şənlikdə müxtəlif səhnəciklər nümayiş etdirdilər, rəngarəng mahnılar, rəqslər ifa etdilər və şeirlər söylədilər. Şaxta baba və qar qızın gəlişi şənliyi daha da canlandırdı. Uşaqlar şaxta baba və qar qızla rəqs etdilər, qar qızın söylədiyi tapmacalara cavab verdilər, yanıltmaclar, lətifələr danışdılar, xorla “Qar dənəcikləri”“Yeni il gəldi” mahnılarını ifa etdilər. Şaxta baba uşaqları hədiyyələrlə sevindirdi. Sonda MKS-in direktoru Alidə Mustafayeva iştirakçıları qarşıdan gələn bayram münasibətilə kollektiv adından təbrik etdi və xoş arzularını arzularını bildirdi.

Foto Qalereya