Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
26 Dekabr , 2019

26 dekabr 2019-cu il tarixdə Daşkəsən rayon Mərkəzi kitabxananın Uşaq şöbəsi A.Mürsəlov adına 2 saylı orta məktəbin VII sinif şagirdləri ilə birgə Xankəndinin işğalının 28-ci ildönümü ilə əlaqədar “Həsrətdə qalan yurdum” başlıqlı informasiya saatı keçirdi. Tədbiri uşaq şöbəsinin müdiri Pərvanə Məmiyeva açaraq qeyd etdi ki,  Xankəndi Azərbaycanın respublika tabeli şəhəri olub, Yuxarı Qarabağın mərkəzidir və 26 dekabr 1991 – ci ildə işğal olunub.   Həmin vaxtdan Xankəndi tamamilə separatçıların və Ermənistandan gəlmiş silahlıların əlinə keçib. Dağlıq Qarabağdakı tarixi torpaqlarından didərgin düşən bütün soydaşlarımız kimi, Xankəndidən olan məcburi köçkünlər də ağır günlər keçiriblər. Hazırda onlar respublikamızın 38 şəhər və rayonunda məskunlaşaraq, Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə ediliblər.

Daha sonra çıxışlarda Xankəndinin və işğal altındakı digər ərazilərin tezliklə azad ediləcəyinə, məcburi köçkünlərimizin yenidən öz doğma torpaqlarına qayıdacaqlarına böyük inam ifadə edildi.

Tədbirin sonunda “İşğal olunmuş torpaqlarımız” başlıqlı kitab sərgisinə baxış keçirildi.