Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
24 Dekabr , 2019

24 dekabr 2019-cu il tarixdə Daşkəsən rayon Mərkəzi kitabxananın Uşaq şöbəsi İ.Nəsimi adına 1 saylı tam orta məktəbin 1-ciləri arasında “Mənim rəng dünyam” başlığı altında rəsm saatı keçirdi. Tədbiri uşaq şöbəsinin müdiri Pərvanə Məmiyeva açaraq bildirdi ki, uşaqlar nağılları sevirlər. Nağıl kitablarını vərəqləyərkən, ilk növbədə, şəkillərə fikir veririk. Odur ki, uşaqlar rəsmlərə dəyər verməyi bacarırlar. Uşaq şöbəsinin Multimedia üzrə mütəxəssisi Kəmalə Verdiyeva uşaqlara köməklik göstərərək, müəyyən tövsiyələr verirdi. Balacalar Vətənə, anaya, təbiətə, nağıl qəhramanlarına və s. kimi sərbəst mövzuda rəsmlər çəkdilər. Tədbiri keçirməkdə məqsəd  müşahidə etməklə rəsm çəkmək bacarığı yüksək olan şagirdləri üzə çıxarmaq  olmuşdur.  

Tədbirin sonunda Pərvanə xanım qeyd etdi ki, çəkilmiş rəsmlərdən kitabxanada sərgi təşkil olunacaq.