Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
9 Dekabr , 2019

09 dekabr 2019-cu il tarixdə Daşkəsən rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi Heydər Əliyev Mərkəzində, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anıım gününə həsr olunmuş "BİR OĞUL GÖSTƏRİN HEYDƏRƏ BƏNZƏR" başlıqlı tədbir keçirdi. Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşları, Mərkəzi kitabxananın əməkdaşları və kitabxananın fəal oxucuları iştirak edirdi.

Tədbir başlamazdan əvvəl Ulu öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək bu dahi şəxsin unudulmazlığını əks etdirirdi. Tədbiri giriş sözü ilə açan uşaq şöbəsinin müdiri Pərvanə Məmiyeva Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışdı. O, qeyd etdi ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilib. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi. Sonra MKS-in direktoru Alidə Mustafayeva çıxış edərək ulu öndərin həyat və fəaliyyətindən, elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq işlərindən danışdı. Ümummilli liderin xüsusilə elm və təhsilin inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyi, azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün geniş imkanlar yaratdığını vurğuladı.

Tədbirdə kitabxananın fəal oxucuları ulu öndərə həsr edilmiş şeirlər və onun aforizmə çevrilmiş kəlamlarını səsləndirdilər. Ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və onun siyasi fəaliyyətini özündə əks etdirən videoçarx, sənədli film nümayiş etdirildi. Daha sonra Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova çıxış edərək bildirdi ki, Azərbaycan xalqına azadlığı qazandıran ümummilli lider Heydər Əlirza oğlu Əliyev 2003-cü il dekabrın 12-də hər şeydən çox sevdiyi xalqı ilə vidalaşsa da, xalq həmişə onu xatırlayır və xatirəsini əziz tutur. 12 dekabr - O gündən 16 il ötür.  Amma xalq onu eyni məhəbbətlə sevir və xatırlayır. Tədbirin sonunda Uşaq şöbəsinin müdiri Pərvanə Məmiyeva Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədovaya təşəkkürünü bildirərək,  tədbir iştirakçılarını “Müstəqil Azərbaycanın qurucusu” adlı sərgi ilə tanış olmaqa dəvət etdi.

Foto Qalereya