Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
15 Noyabr , 2019

15 noyabr 2019-cu il tarixdə Daşkəsən rayon Mərkəzi kitabxananın Xidmət şöbəsində 20 oktyabr - 20 noyabr Uşaq hüquqları aylığı çərçivəsində Uşaq Hüquqları Günü” adlı söhbət keçirildi. Tədbirdə Xidmət şöbəsinin əməkdaşları və kitabxananın fəal oxucuları iştirak edirdi.

Tədbiri Xidmət şöbəsinin müdiri Rəmziyyə Mahmudova “Uşaqlar bizim gələcəyimizdir” başlıqlı məruzə ilə çıxış edərək tədbir çərçivəsində uşaqlara günün mahiyyəti ilə bağlı məlumat verdi. Sonra Xidmət şöbəsinin əməkdaşı Gülmira Məhərrəmova çıxışında uşaqların öz cəmiyyətləri üçün əhəmiyyətli bir rol oynadıqlarını və Uşaqlar Gününün hər birimizə uşaqların hüquqlarını müdafiə etmək, onlara daha yaxşı bir dünya yaratmaq üçün ruhlandırıcı bir tarix olduğunu qeyd etdi.

Tədbir uşaq hüquqları ilə bağlı məlumatın verilməsi, onlarda təhsilə və şəxsi inkişafa həvəs oyatmaq məqsədilə təşkil edilmişdir.