Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
8 Noyabr , 2019

08 noyabr 2019-cu il tarixdə Daşkəsən rayon Mərkəzi kitabxananın Xidmət şöbəsində Bayraq Günü münasibətilə “Üçrəngli bayrağınla məsud yaşa Azərbaycan” başlığı altında sual-cavab gecəsi keçirildi. Tədbirdə MKS-in müdiri Alidə Mustafayeva, Uşaq şöbəsinin müdiri Pərvanə Məmiyeva və kitabxananın fəal oxucuları iştirak edirdi.

Tədbiri Xidmət şöbəsinin müdiri Rəmziyyə Mahmudova açaraq “Bayrağımız qürur mənbəyimizdir” başlıqlı məruzə ilə çıxış etdi. Sonra Pərvanə Məmiyeva çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının tanıtım vəsiqələrindən, dövlətçilik rəmzlərindən biri, onun Milli Bayrağı - Dövlət bayrağıdır. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Xalqımız tarix boyu çox ağır dövrlərdən keçməsinə baxmayaraq, bu gün öz yüksəlişinin ən uca zirvəsindədir. Təbii ki, bayrağımızın həmişə ən yüksəklərdə görünməsi dövlətimizin gücündən, artan nüfuzundan xəbər verir.

Azərbaycan bayrağının nə kimi əhəmiyyət daşıdığının təbliğ edilməsi ilə əlaqədar olan tədbirdə Dövlətimizin himni, Dövlət gerbi, Milli bayrağının mənasından bəhs  edildi. Tədbir iştirakçılarından Ellazalıyeva Aytəndən Bəxtiyar Vahabzadənin “BAYRAQ” şeiri dinləndi.