Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
17 Oktyabr , 2019

17 oktyabr 2019-cu il tarixdə Daşkəsən rayon Mərkəzi kitabxananın Xidmət şöbəsi 18 oktyabr Müstəqillik Günü münasibətilə İ.Nəsimi adına 1 saylı orta məktəbin kitabxanasında “Müstəqil Azərbaycan” başlığı altında dəyirmi masa keçirdi. Tədbirdə  Xidmət şöbəsinin əməkdaşları və İ.Nəsimi adına 1 saylı orta məktəbin IX sinif şagirdləri iştirak edirdi.

Tədbiri Xidmət şöbəsinin müdiri Rəmziyyə Mahmudova açaraq bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir. İnsan üçün azadlıqdan, dövlət üçünsə müstəqillikdən əziz, şirin heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mücadilələrlə dolu bir yol keçmiş, keşməkeşli bir həyat yaşamışdır. Daha sonra Xidmət şöbəsinin əməkadaşı Şəhla Cəfərova çıxış edərək öz müstəqilliyini bərpa edən ölkəmizin artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoyduğunu və ona görə də XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacağını qeyd etdi.

Tədbirdə Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlərdən və Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyindən danışıldı. Tədbirin sonunda “Müstəqilliyimiz dönməzdir, əbədidir!” başlığı altında kitab sərgisinə baxış keçirildi.