Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
20 Noyabr , 2019

Nağıllar uşaqların həyatında mühüm yer tutur. Uşaqlar həyatlarındakı sevdiyi və nifrət etdiyi nümunələrlə nağıllarda qarşılaşır, nağıl qəhrəmanları sayəsində təcrübələr yaşayaraq yaxşı ilə pisi bir-birindən ayırd etməyə başlayırlar.

20 noyabr 2019-cu il tarixdə Daşkəsən rayon Mərkəzi kitabxananın Uşaq şöbəsi rayon 5 saylı körpələr evi uşaq bağçasında Nağıl saatı keçirdi. Nağıl saatında uşaq şöbəsinin müdiri Pərvanə Məmiyeva Nizami Gəncəvinin “Şah və xidmətçi” və Fikrət Sadiqin “Bala kirpi” nağıllarını ucadan oxudu. Nağıla diqqətlə qulaq asan uşaqlarla sonda maraqlı müzakirələr aparıldı.

Tədbirin sonunda bağçanın müəllimələri kitabxana işçilərinə öz minnətdarlığını bildirdilər.

Parvana Mamiyeva adlı şəxsin şəkli.