Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
15 Noyabr , 2019

15 noyabr 2019-cu il tarixdə Daşkəsən rayon Mərkəzi kitabxananın Uşaq şöbəsi Mədəniyyət Mərkəzi ilə birgə 17 noyabr - Milli Dirçəliş Günü münasibəti ilə “Dirçəlişdən başlayıb Müstəqilliyə gedən yol” başlıqlı ədəbi-bədii gecə keçirdi. Tədbirdə Mədəniyyət Mərkəzinin əməkdaşları, Uşaq İncəsənət məktəbinin əməkdaşları, Mərkəzi kitabxananın əməkdaşları və fəal oxucuları iştirak edirdi.

Tədbirdə şagirdlərə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verildi. Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsində əsas mərhələlərindən biri olduğu qeyd olundu və ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs olundu. Bildirilib ki, ümummilli liderin məqsədyönlü siyasəti nəticəsində ölkədə əmin-amanlığa və ictimai-siyasi sabitliyə nail olunub. Həmçinin ölkədə gedən inkişaf prosesi və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi haqqında danışılıb.

Tədbirdə Milli Dirçəliş Günü ilə bağlı videoçarx nümayiş olundu. Fəal oxucular müstəqillik və vətənpərvərlik mövzularında şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdilər.

Foto Qalereya