Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
12 Noyabr , 2019

12 noyabr 2019-cu il tarixdə Daşkəsən rayon Mərkəzi kitabxananın uşaq şöbəsi İ.Nəsimi adına 1 saylı orta məktəbdə Uşaq ədəbiyyatının təbliği ilə əlaqədar tədbir keçirdi. Tədbirdə həmin məktəbin kitabxanasının müdiri Ülviyyə Qarayeva, I sinif şagirdləri və müəlliməsi İlhamə Həsənova iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan uşaq şöbəsinin müdiri Pərvanə Məmiyeva şagirdləri salamlayaraq, qeyd etdi ki, mütaliə uşaqların tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Kitab şagirdlərin marağını, mənəvi təlabatını ödəyir, təfəkkürünü inkişaf etdirir, yeni bilik qazandırır. Uşaq kitabxanaları gənc nəslə mədəni xidmət göstərməyi, məktəbli oxucuların mütaliəsinə düzgün rəhbərlik etməyi, onlarda vətənpərvərlik, cəsurluq, doğruculuq, ləyaqət və bu kimi gözəl hisslər tərbiyə etməyi qarşısında məqsəd görür. Oxucu biliyinin zənginləşməsində maraq və mütaliə böyük rol oynayır. Gənc nəslin hərtərəfli inkişaf etməsi, mənəvi cəhətdən gözəl olması üçün məhz uşaq ədəbiyyatının mütaliəsi zəruridir.

Sonra uşaq şöbəsinin multimedia üzrə mütəxəssisi Kəmalə Verdiyeva çıxış etdi: “Kim kitablar oxuyur – beşlər alır!”. Mən çox ümid edirəm ki, siz kitab oxumağı sevirsiz, axı onsuz siz yeni biliklər qazana bilməzsiz. Nağıl oxumaq balaca oxucunun ilk növbədə lüğətini çoxaldır. Belə ki, nağıl dili böyük canlılığı ilə fərqlənir, onda bənzətmələr və obrazlı ifadələr boldur. Azərbaycan xalq nağıllarından “Cırtdan”, “Tıq-tıq xanım”, “Tülkü və hacıleylək” nağılları, “Sevimli nağıllar” kitabındakı “Süleyman və qarışqa”, “Zirək oğru”, “Əliyarla dovşan”, “Ağ quş” nağılları məhz balaca oxucuların zövqünü oxşayır, qəhrəmanları onlara sevdirir, yaxşı ilə pisi, xeyir ilə şəri başa salır.

Sonda uşaqlar biri-birindən maraqlı, rəngarəng nağıl və hekayələrdən ibarət jurnallarla böyük həvəslə tanış oldular və 10 yeni oxucu kitabxanaya cəlb olundu.

Foto Qalereya