Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
7 Noyabr , 2019

07 noyabr 2019-cu il tarixdə Daşkəsən rayon Mərkəzi kitabxananın Uşaq şöbəsində kitabxananın fəal oxucuları ilə birgə 9 Noyabr Bayraq Günü ilə əlaqədar “Bayraq mənliyimdir, bayraq kimliyim” başlıqlı şeir saatı keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı. Bayram tədbirini giriş sözü ilə açan uşaq şöbəsinin müdiri Pərvanə Məmiyeva iştirakçıları bu tarixi gün münasibətilə təbrik edərək, Azərbaycanın dövlət bayrağının keçdiyi tarixi və şanlı yolundan, ölkəmizin müstəqillik uğrunda tarix boyu apardığı mübarizədən danışdı. Sonra multimedia üzrə mütəxəssis Kəmalə Verdiyeva çıxış edərək bildirdi ki, Bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır. Azərbaycanın üçrəngli Milli  Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Daha sonra kitabxananın fəal oxucusu Aysel Məmiyeva “Bayrağımız fəxrimizdir” adlı məruzəsi ilə tədbir iştirakçılarına bayrağımız haqqında ətraflı məlumat verdi.

Sonda fəal oxucular Vətənə, Bayrağa aid şeirlər səsləndirdilər.