Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
18 Oktyabr , 2019

18 oktyabr 2019-cu il tarixdə Daşkəsən rayon Mərkəzi kitabxananın Uşaq şöbəsində 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə “Müstəqillik xalqımızın tarixi nailiyyətidir” başlıqlı ədəbi-bədii gecə keçirildi. Tədbirdə Mərkəzi kitabxananın əməkdaşları, fəal oxucuları və valideyinləri iştirak edirdi.

Tədbir müstəqil Azərbaycanın dövlət himninin səslənməsi ilə açıq elan olundu. Uşaq şöbəsinin müdiri Pərvanə Məmiyeva çıxış edərək tədbir iştirakçılarını salamladı və bu əziz bayram münasibətilə onları təbrik etdi. Sonra uşaq şöbəsinin multimedia üzrə mütəxəssisi Kəmalə Verdiyeva müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolundan qazandığı uğurlardan danışaraq XX yüzilliyin xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildirdi.

Tədbirdə fəal oxucular vətənpərvərlik mövzusunda şeirlər söylədilər və mahnılar oxudular. Sonda tədbir iştirakçıları “Müstəqilliyimiz milli sərvətimizdir” adlı sərgi ilə tanış oldular.

Foto Qalereya