Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Rayon haqqında
24 Fevral , 2015

Heydər Əliyev Mərkəzi

Daşkəsən şəhər Heydər Əliyev Muzeyi 2006-cı il 31 oktyabr tarixində açılmışdır. 2008-ci ildən muzey 5 nəfər ştat sayı ilə fəaliyyətə başlamışdır. 2012-ci ildən isə Muzey fəaliyyətini Mərkəz kimi davam etdirir. Hal-hazırda Mərkəzin 8 nəfər işçisi var. Mərkəzdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti dövrünü əks etdirən 715 ədəd eksponat nümayiş etdirilir. Mərkəzin birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Buradakı ekspozisiya zalında Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sənədlər böyük maraq doğurur. Fotostendlərdə Ümummilli Liderin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövr, hakimiyyətdə olduğu illərdə bölgələrə etdiyi səfərlər əks olunub. Mərkəzin ümumi sahəsi 367.5 m2-dir. Muzeyin ekspozisiya sərgi sahəsi isə 271.7 m2-dir.

Mərkəzdə mütəmadi olaraq Azərbaycan Tarixi və İqtisadiyyat dərsləri keçirilir. Dərslərdə Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı geniş məlumatlar verilir və film nümayiş olunur. Mərkəzin nəzdində İngilis dili kursu, kompüter kursu fəaliyyət göstərir. Kurslarda məktəbli uşaqlar iştirak edir.

Ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev prospekti

Tel: (022) 215-56-53

 

 

Tarix Diyarşünaslıq Muzeyi

Daşkəsən şəhəri Tarix-Diyarşünaslıq muzeyi 1984-cü ildən fəaliyyətə başlayıb. Muzey ikimərtəbəli binada yerləşir. Muzeyin əsas fondunda 950 ədəd eksponat saxlanır.  Bundan başqa Muzeydə təbiət, qədim dövr, orta əsrlər tarixi, müasir dövr, 1945-ci ildən hal-hazırki dövrə qədər bütün bölmələrdə nümayiş olunan eksponatlardan ibarət 8 salonu vardır. Burada hər bir otaqda ayrı-ayrı tarixi dövrlər əks etdirilir. Muzeydə Ümummilli lider Heydər Əliyevin əmək və fəaliyyəti dövrünü, Daşkəsənin quruculuğu və s. guşələr nümayiş olunur. Muzeyin sahəsi 300.0 m2-dir. Muzeyin ekspozisiya sərgi sahəsi 280.0 m2-dir. Muzeydə 626 ədə eksponat nümayiş etdirilir.

Muzeydə mütəmadi olaraq Azərbaycan Tarixi və İqtisadiyyat dərsləri keçirilir. 


Ünvan: Daşkəsən şəhəri, İsmət Qayıbov, 14