Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Elanlar
1 May , 2019

Bu il Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi ili” elan etmişdir.

Bu məqsədlə 01 may 2019-cu il tarixdə saat 14:30-da Daşkəsən rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsində “Nəsimi Sözünün Sirri” başlığı altında poeziya gecəsi keçiriləcək.

Arzu edənlər buyurub gələ bilərlər.