Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Şəhidlərimiz
15 Fevral , 2015

Əsgərov Aleksandr Məhəddin oğlu 1960-cı ildə Amasiya rayonunun Ruzikənd kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Sonra hərbi xidmətə yollanıb. 1980-ci ildə hərbi xidməti başa vurub. Qarabağın azadlıq uğrunda müharibəsinə 1993-cü ilin oktyabrında könüllü olaraq yollanıb. 1993-cü il dekabrın 28-də Ağdamın Salahlı kəndi uğrunda gedən döyüşdə şəhid olub.