Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Şəhidlərimiz
15 Fevral , 2015

Əsgərov Sadıq İsaq oğlu 1965-ci ilin yanvar ayının 24-də Daşkəsən rayonunun Mollahəsənli kəndində anadan olub. 1983-1985 –ci illərdə sovet ordusu sıralarında xidmət edib. 1986-cı ildə Leninqrad hərbi dairəsində gizirlər məktəbini bitirib. Həmin ildən 1989-cu ilə kimi 423 saylı hərbi hissədə bölük komandiri və hərbi avtomobil mufəttişliyində xidmət edib.1992-ci ildə könüllü olaraq döyüş bölgəsinə yollanıb. Goranboy, Çaykənd əməliyyatında, Sarısu və Şınıx bölgəsi uğrunda gedən bütün döyüşlərdə iştirak edib. 1993-cü il yanvar ayının 13-də Sarıyal uğrunda gedən döyüşlərin birində şəhid olub.