Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
21 Oktyabr , 2017

21.10.2017-ci il tarixində Daşkəsən rayon MKS-nin  uşaq şöbəsində A. Mürsəlov adına 2 saylı orta məktəbin 5-ci  sinif şagirdlərinin iştirakı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbiyyatşünas alim, ictimai-siyasi xadim, milli-demokratik hərakatımızın mücahidi, Xalq şairi X.R.Ulutürkün 85 illik yubileyi münasibətilə “Xəlil Rzanın azadlıq səsi”adlı ədəbiyyat saatı keçirildi.

Uşaq şöbəsinin biblioqrafı Qızbəs Abbasova Azərbaycan poeziyasında görkəmli ədəbi sima Xəlil Rzanın həyat və yaradıcılığı haqqında məktəblilərə geniş məlumat verdi. Qızbəs Abbasova çıxışında bildirdi ki, X.R.Ulutürk Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, milli demokratik hərəkatımızın mücahidi, Azərbaycan poeziyasında görkəmli ədəbi simadır.  Xəlil Rza dilini, millətini, tarixini dərin məhəbbətlə sevirdi. Bu sevgi o qədər güclü idi ki,  bu sevgini o poemalarla, şeirlərlə çatdırırdı xalqına.  Tədbirdə şairin sanballı ömür yolu haqqında dəyərli məlumatlarla birgə X.Rzanın müxtəlif illərdə nəşr olunmuş kitablarından təşkil olunan sərgi oxucular tərəfindən maraq və rəğbətlə qarşılandı.

Sonda şagirdlərdən Məmmədov Tural, Abbasov Əli,  Süleymanova Seymur, Qasımov Şahin şairin “Mən – Azərbaycanam!”, “Mən yenə dönəcəm Azərbaycana”, “Əyilmə!!!”, “Azərbaycan –türk salamı”, “Vətən”, “Azadlıq gülüstanı” adlı şeirlərindən parçalar söylədilər.