Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
29 Dekabr , 2016

29 dekabr 2016-cı il saat 14:00-da Daşkəsən rayon MKS-nin Xidmət şöbəsində  Əzizə Cəfərzadənin anadan olmasının 95 illiyi ilə əlaqədar “Ədəbiyyat mahnısı” başlığı altında dəyirmi masa keçirildi. Tədbirdə MKS-nin  Metodika və Biblioqrafiya  şöbəsinin  müdiri Hüseynova Rəna  və kitabxananın fəal oxucuları  iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Xidmət şöbəsinin müdiri Leyla Rzayeva yazıçının həyat və yaradıcılığından danışaraq dedi: “Əzizə Cəfərzadə bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında təqdirəlayiq xidmətlər göstərib. Onun klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb olub. Əzizə xanımın elmi-tədqiqatları onun ədəbi yaradıcılığına da güclü təsir göstərmiş və yazıçının əsərlərini Azərbaycan dilinin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevirib.” Sonra Rəna müəllimə çıxış edərək yazdığı kitabları vasitəsi ilə o, qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi qadın yaradıcılığının mövcudluğunu  və dünya ədəbiyyatında öndər olduğunu sübut etdiyini söylədi. Daha sonra İ. Nəsimi adına 1 saylı orta məktəbin IX sinif şagirdi Səma Mehdiyeva yazıçının şeirlərindən parçalar söylədi.