Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
23 Noyabr , 2016

23 noyabr 2016-cı il saat 14:00-da Daşkəsən rayon MKS-nin Xidmət şöbəsi A. Mürsəlov adına 2 saylı orta məktəbin kitabxanasında   Aqşin Babayevin anadan olmasının 80 illiyi ilə əlaqədar “Aqşin Babayev-80” başlığı altında ədəbi-bədii gecə keçirildi. Tədbirdə MKS-nin direktoru Əliyeva Təyyarə, A. Mürsəlov adına 2 saylı orta məktəbin ədəbiyyat müəlliməsi Mahmudova Duman və məktəbin IX sinif şagirdləri  iştirak etdilər.

Tədbiri Təyyarə Əliyeva çıxış edərək Aqşin Babayevin yaradıcılığından danışdı. O, bildirdi ki,  “Aqşin Babayev   gözəl ziyalı kimi tanınıb. Onun başlıca xüsusiyyəti yüksək müşahidə qabiliyyətinə malik qələm adamı kimi bədii yaradıcılıqla məşğul olmasıdır. A.Babayev istər vaxtı ilə çalışdığı Azərbaycan Radiosunda və Milli Məclisdə, istərsə də hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əmək fəaliyyətini həvəslə davam etdirməklə yanaşı, yaradıcılığa da xüsusi önəm verib. Aqşin Babayevin ilk hekayəsi 1958-ci ildə “Oktyabr işıqları” almanaxında, “Cazibəli üfüqlər” adlı ilk kitabı isə 1964-cü ildə işıq üzü görüb. O, ədəbiyyatsevərlərin həvəslə oxuduqları “Həmişəbahar”, “Bir parça həyat”, “Ağ ulduzlar”, “Bir ürəyin hərarəti”, “Ayrılıq”, “Söz gülləsi”, “Dünyanın axırı” adlı kitabların müəllifidir. Moskvanın “Sovetski pisatel” nəşriyyatı tərəfindən 30 min nüsxə tirajla nəşr edilən “Kişilər az yaşadı” kitabı isə ona daha böyük şöhrət gətirib.”  

Sonra Duman müəllimə  çıxış edərək  Aqşin Babayev yaradıcılığının gənc nəslin mənəvi tərbiyəsinə dəstək baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Sonda tədbir iştirkçılarıda öz fikirlərini bildirdilər və tədbirimiz başa çatdı.