Kiçik Qafqazın şimal-şərq yamaclarında yerləşən Daşkəsən rayonu filiz-mədən sənayesinin mərkəzidir. Daşkəsən qədim yaşayış məskənlərində 1959-1960-cı illərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan sayı-hesabı bilinməyən kurqan tipli dəfn abidələri göstərir ki, bu ərazilər yaylaq kimi yerli əhali tərəfindən istifadə edilib. Bu əraziyə isə yay vaxtında, yalnız bir ərazidən - şimal-şərq tərəfdən, Kür çayı vadisindən gəlmək mümkündür. Sözsüz ki, İslamiyyətə qədər yerli əhali xristian olub və İslamlaşdırma siyasəti dağlıq ərazidə ləng getdiyi üçün Daşkəsən dağlarında Alban-Xristian məbədləri də olduqca çoxluq təşkil edir. Orta əsrlərdə Daşkəsən rayonu ərazisində mədən işi ilə məşğul olunmuşdur. Daşkəsən rayonu təbii sərvətlərinə görə olduqca zəngindir. Sovet İttifaqı dövründə Daşkəsənin strateji məhsulları olan dəmir filizi, alüminum, kobalt, mərmər və s. məhsullarının istismarı üçün xeyli iş aparılmışdır. Daşkəsən rayonu (1956-cı ilədək Dəstəfur rayonu) - Azərbaycan SSR-də inzibati rayon 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən bərpa olunmuşdur. Ərazisi 1047 kvadrat km, əhalisi 31238 (01.01.2004).Rayonda 1 şəhər, 6 qəsəbə, 42 kənd var. Mərkəzi Daşkəsən şəhəridir.Rayonda temperatur qış aylarında -5 C-dən -20 C-dək, yay aylarında isə +20 C-dən +35 C-dək daşıyır. Təmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını buraya cəlb edir. Təşkili üçün yüksək səviyyədə təşkilati iş aparılır, müasirlik təmin edilir. Rayon əhalisi əsasən maldarlıq, bitkiçilik, bağçılıq və əkinçiliklə daha çox məşqul olurlar. Rayonda xalçaçılıq, metal üzərində döymə, ağac və daş üzərində oyma işi kimi sənət növləri davam edilir. Şəfalı guşələrdən olan Daşkəsən rayonu Аzərbаусаn Respublikasının gözəl turizm diyarından biridir. Нər il yüzlərlə turist bu cənnət məkanda istirahət еtməуə üstünlük verir. Rayonun havasını udaraq, bulaq sularından dadaraq, çaylarını, meşələrini, dağlarını, həmçinin tarixi abidələrini seyr etdikcə insan bir anlığa ozünü cənnətdə hiss edir. Burada «Yastı qaya» adlanan mənzərli guşə hər tərəfdən sıx meşəliklə əhatə olunub. «Ləzgi qayası», «Qara inək» mağarası, «Yal yurdu» qalaçası, «Göyçəlilər yurdu» qalaçası, «Dərdər» qalaçası və təmiz, müalicəvi əhəmiyyət kəsb edən bulaq suları ilə rayonda məşhurdur. Daşkəsən rayonunun bütün kəndləri göz oxşayan mənzərəsi və müalicəvi əhəmiyyəti ilə turistləri həmişə özünə cəlb edib. Daşkəsən rayonunun ən gözəl zonalarından biri olan Qabaqtəpə zonası da turizm üçün çox əhəmiyyətlidir. Belə ki, burada 800 m2 ərazisi olan Alban məbədi kimi respublika əhəmiyyətli tarixi memarlıq abidəsi, Qabaqtəpə kəndindən 5 km aralıda yerləşən Gəlinqya təbii abidə, Qabaqtəpədən 12 km aralıda yerləşən Şəmkir çayı kimi mənzərəli guşəsi, təmiz havası, saf suları ilə məşhur olan bu ərazi həmişə buraya gələn qonaqların zövqünü oxşamaqdadır. Dünyada məşhur olan Qabaqtəpə boz arı cinsi məhz bu torpağın, bu regionun adı ilə bağlıdır. Dağlara söykənən bu kənd qərb tərəfdən meşələrlə əhatə olunmuşdur. Rayon mərkəzi ilə Qabaqtəpə kəndi arasındakı məsafə 25 km təşkil edir. Həmişə adı dillərdə gəzən Qabaqtəpə balı bu regionun çiçəklərindən hasilə gətirilir. Ümumi inzibati ərazi nümayəndəliyini əhatə edən para kəndlərinin gözəl mənzərəsi, yadda qalan coğrafi mövqeyi vardır. Nümayəndəliyin ərazisində çoxlu tarixi qədim olan körpülər, yaşayış məskənləri, tarixi və təbii abidələr mövcuddur. Daşkəsən rayonunda «Xoşbulaq yaylaq zonası» əsrlərdən bəridir ki, dillər əzbəri olubdur. Həmin ərazinin olduqca təmiz havası, göz oxşayan meşəlikləri və yaşıllıqları vardır. Xoşbulaq yaylaq zonasının təmiz havası insan sağlamlığı üçün müalicəvi əhəmiyyətə malikdir. Bunu əsrlərdən bəri sınaqdan keçən təcrübələr də təsdiq edir. Həmişə aran rayonlarından həmin əraziyə adamlar məhz bu müsbət keyfiyyətlərinə görə yay aylarında istirahətə, dincəlməyə gəlirlər. Xoşbulaq yaylağının alp çəmənlikləri və sərin bulaqları xüsusilə məşhurdur. Buna görədə turizimçilərin diqqətini cəlb edir. Daşkəsən rayonunda «Narzan» ailəvi istirahət mərkəzi fəaliyyət göstərir. Rayon ərazisindən 7 km məsafədə yerləşir. Qoşqar çayının sahilində, kiçik meşəliyin əhatəsində mənzərəli bir guşədədir. Dağdan istirahət guşəsinə doğru axan şəlalə xüsusilə göz oxşadığı üçün turistləri özünə cəlb edir. Daşkəsən rayonunda həm də tunc dövrünə aid olan «Daştəpə» qalaçası, «Çoban daşı», «Molla Abdulla bulağı» qalaçası, dəmir dövrünə aid olan «Nağara dağı» ilə məşhurdur, tarixçilərimizin diqqət mərkəzindədir. Dəniz səviyyəsindən 3361 metr yüksəklikdə yerləşən, bu gün də el arasında müqəddəs ocaq, pir kimi tanınan, qibləgah hesab olunan Qoşqar dağının ətəyində yerləşir. Ümumi sahəsi 55900 m2 olan İdman kompleksi burda inşa edilir, 2010-cu ildə istifadəyə veriləcəkdir. Qoşqar gölü də Xoşbulaq yaylaq zonasına bitişik yerdədir. Burada həm yay, həm də qış turizmini yüksək səviyyədə təşkil edib, inkişafına nail olmaq mümkündür. Çünki bunun üçün həmin bölgədə lazımi səviyyədə coğrafi ərazi və turizm üçün çox əhəmiyyətli olan geniş yerlər, sahələr mövcuddur. Əmirvar kəndi də turizm üçün çox əlverişli, diqqət çəkən bir zonadır. Kəndin şimal tərəfi sıx meşəlik və mənzərəli ərazilərlə, cənub tərəfi isə geniş çəmənliklər və müalicəvi əhəmiyyətli min bir dərdin dərmanı olan təbii dağ çiçəkləri ilə səciyyəvidir. Zivlən kəndi rayon ərazisindən 30 km ərazidə yerləşir, hər tərəfdən qalın meşələrlə örtülmüşdür. Kəndin aşağı hissəsindən axan çayı yerli sakinlər möcüzə çayı adlandırırlar. Burada hava nə qədər yağmurlu keçsə də həmin çay bulanmır, özünün əvvəlki göy rəngini saxlayır. Zivlən kəndinin bu çayında qızıl xallı balıqlar çoxluq təşkil edir. Təmiz havası və Hacı Alı bulağı ecazkar Göygölü ilə rayonda məşhurdur. Rayonumuzun turizm zonalarından əlavə ayrı-ayrı bölgələrində gələn qonaqları turistləri heyrətləndirə bilən gözəl mənzərəli yerlər, istirahət guşələri də vardır. Məsələn, Qaşqa çay, Yumurtalı bulaq, Tapan kəndində Qudur bulağı, Alaxançallar kəndində Turşsu ərazisi, Qaraqollar kəndində Ağ bulaq, Zəylik kəndində Düz yal, Bayan kəndində ecazkar dəmiryol körpüləri və keçidlər, Çilçirəvənd məbədi, Monastr, Quşqara çayı üzərində tağvari körpü, Gurbulaq kəndi ərazisində Dikdaş qalaçası, Ərkinaz qalaçası, Zağalı kəndində dünya əhəmiyyətli Kurqanlar və daş qəbirstanlıqlar, Zəylik kəndində Alban məbədi, daş qəbristanlıqları, Əhmədli kəndində türbə Dardərə kəndində Çalağan qalaçası, Dəstəfur kəndində Gəncə çayı üzərində salınmış qədimi körpü, 700 m2 ərazini əhatə edən Alban məbədi və s. tarixi və təbii abidələr bu gün də rayonun bölgələrində hörmətlə, ehtiramla, heyrətlə qarşılanır. Rayonun məşhur, turizm üçün xarakterik olan bölgələri:
1. Zivlən kəndi;
1.1. Göy-göl yaylağı;
1.2. Comadaşı yaylağı;
1.3. Uzungüney yaylağı;
1.4. Qoca dərəsi yaylağı;
2. Alaxançallı kəndi:
2.1. Zincirli yaylağı;
2.2. Turşsu seyrəngahı;
2.3. Dəli Alının yurdu yaylağı;
2.4. Qoşqarçay yaylağı.
3. Xoşbulaq yaylağı, Qabaqtəpə və Astaf kəndləri var.