14 Mart , 2023
14.03.2023 -cü il tarixində Daşkəsən rayon MKS-nin Bayan kənd kitabxana filialı və Mədəniyyət Mərkəzinin Bayan kənd Sənətkarlıq klubunun birgə təşkilatçılığı ilə Novruz bayramı öncəsi torpaq çərşənbəsi - ilaxır çərşənbə keçirilmişdir. Meydana daxil olan Bahar qız iştirakçılara bayram təbrikini və arzularını söylədi, kosa və keçəl maraqlı oyunları ilə iştirakçıları əyləndirdilər. İdmançıların çıxışları maraqla qarşılandı. Məktəblilər rəqs edib, yazın gözəlliyini özündə əks etdirən mahnılar oxudular. Bahar qız köhnə ilin yola salınması və novruzun qarşılanması ərəfəsi axırıncı çərşənbəsinin payına düşdüyünü vurğuladı. Sonra keçmiş ənənələrimizi əks etdirən sərgiyə baxış keçirildi.
Foto Qalereya