14.03.2023-cü il tarixində Daşkəsən rayon Mərkəzi kitabxananın Uşaq şöbəsi, Yuxarı Daşkəsən qəsəbə Zahir Bağırov adına tam orta məktəbin Dram dərnəyinin dəstəyi ilə 5 saylı Körpələr evi – uşaq bağçasında Azərbaycan xalqının milli adət ənənələrini özündə birləşdirən “Açdı çiçək, gəldi yaz” başlığı altında Novruz şənliyi keçirildi.
Tədbiri giriş sözü ilə 5 saylı Körpələr evi – uşaq bağçasının müdiri Naməddin Mirzəyev tədbir iştirakçılarını salamladı və bayram münasibətilə təbrik etdi. Sonra MKS-nin müdiri Alidə Mustafayeva açaraq Dram dərnəyinin müəlliməsini, uşaqları, onların valideynlərini, bağçanın kollektivini və tədbirə dəvət almış qonaqları bayram münasibətilə təbrik etmiş, onlara əmin-amanlıq, ruzi-bərəkət və firəvan həyat arzulayıb. Daha sonra uşaq şöbəsinin müdiri Pərvanə Məmiyeva çıxış edərək uşaqları təbrik edib: “Qoy bu təravətli “Novruz” bayramı süfrənizi ruzi, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlığınız möhkəm, arzularınız sonsuz, ümidləriniz gerçək olsun! Qədəmləri uğurlu, könül oxşayacaq sevincli günləriniz bol olsun. Bayramınız mübarək əziz uşaqlar.”
Bayram şənliyində uşaqların ifasında maraqlı ədəbi-musiqili proqram nümayiş olunub. Novruza, baharın gəlişinə şeirlər, mahnılar, rəqslər ifa edilib, səhnəciklər göstərilib. Tədbirdə fəxri fərmanlar da verilib.
Bayram tədbiri şən rəqslərin ahəngi ilə yekunlaşıb.