Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
24 Fevral , 2023

24.02.2023-cü il tarixində Daşkəsən rayon MKS-nin Qabaqtəpə Pirverdilər kənd kitabxana filialı, Astaf kənd klubu, Güneykənd kənd klubu və Təzəkənd kənd klubunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı "Azərbaycan xalqının yaddaşına yazılmış qanlı səhifə: Xocalı faciəsi" adlı tədbir keçirilmişdir. 

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbirdə çıxış edənlər bildiriblər ki, xalqımızın qan yaddaşına əbədi həkk olan Xocalı faciəsinin XX əsrin ən dəhşətli soyqırım cinayətlərindən olduğunu bildiriblər və faciə qurbanlarına Allahdan rəhmət diləyiblər. Xalqımıza qarşı törədilmiş amansız qətliamın heç zaman unudulmayacağını Xocalı həqiqətlərinin gənc nəsilə çatdırılmasının vacibliyindən danışıblar.