Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
24 Fevral , 2023

24.02.2023-ci il tarixində Daşkəsən rayon MKS-nin 1N-li Dəstəfur kənd kitabxana filialında 1992-ci ilin 26 fevralında baş vermiş Xocalı faciəsinə həsr olunmuş “Xocalı faciəsini unutmayaq!” adlı anım tədbiri keçirilmişdir. Tədbirdə əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Məktəblilər faciə ilə bağlı şeirlər səsləndirdilər.

Tədbirdə “əsrin faciəsininin” reallıqlarını əks etdirən uşaqların rəsmlərinə baxış keçirilib. Sonra şagirdlər mövzu ətrafında diskussiya apardılar. Kitabxananın müdiri Elduz Cəfərov tədbirdə çıxış edərək bildirdi ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın misilsiz xidməti olmuşdur. Onun təşəbbüsü ilə 2008-ci ildən “Xocalıya ədalət” kampaniyası başlanılmışdır. Bu kampaniya çərçivəsində Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın və dünyanın digər ölkələrində faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. "Xocalıya ədalət" kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Sonda tədbir uşaqların dili ilə “Biz Xocalını unutmuruq! Xocalıya ədalət istəyirik!” şüarı ilə yekunlaşdı. Tədbir gənc nəslin Vətənə, doğma torpağa məhəbbət və sədaqət hisslərinin gücləndirilməsi məqsədi daşıyırdı.