Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
24 Fevral , 2023

24.02.2023-cü il tarixində Daşkəsən rayon MKS-nin Əhmədli kənd kitabxana filialı, Əhmədli kənd mədəniyyət evi və Qıyxılı kənd kitabxana filialının birgə təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı "Xocalı-qanınızla yazılan tarix" adlı tədbir keçirilmişdir. 

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbirdə çıxış edənlər bildiriblər ki, Xocalı faciəsinin qurbanları ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda da hər bir azərbaycanlı tərəfindən dərin hüznlə yad edilir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı törədilən qanlı qətliam nəticəsində, 613-dən artıq dinc sakin məhz azərbaycanlı olduğuna görə qətlə yetirilib, 150-ə yaxın insan itkin düşüb, 1275-dən artıq insan isə girov götürülüb. 

Sonda məktəblilər faciə ilə bağlı şerlər söyləyiblər.