Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
23 Fevral , 2023

23.02.2023-cü il tarixində Daşkəsən rayon MKS-nin Quşçu kənd kitabxana filialı və Mədəniyyət Mərkəzinin Quşçu kənd Folklor evinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı "Xocalı soyqırımı" adlı tədbir keçirilmişdir. 

Tədbirdə çıxış edənlər bildiriblər ki, Xocalı Soyqırımına siyasi qiymətin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz Heydər Əliyevin söylədiyi kimi: Xocalı Soyqırımı - insanlığa qarşı cinayət, Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin görünməmiş təzahürüdür.