Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
13 İyun , 2022

13.06.2022- ci il tarixində Daşkəsən rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi 15 iyun – Milli Qurtuluş günü ilə əlaqədar “15 iyun – Azərbaycanın zəfər tarixi” adlı məlumat saatı təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə açan uşaq şöbəsinin müdiri Pərvanə Məmiyeva Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması və bugünkü Zəfərlə nəticələndiyini vurğulamışdır. Eləcə də multimedia mütəxəssisi Kəmalə Verdiyeva  “Milli Qurtuluşumuzun zəfər yürüşü” adlı məruzəsi ilə çıxış etdi.  Tədbirdə çıxışlar zamanı Xalqımızı Milli Qurtuluş günü münasibətilə təbrik edib, dövlətimizə əbədi və sarsılmaz müstəqillik arzuladılar. Sonda uşaq şöbəsinin fəal oxucuları tərəfindən Ümummilli liderə və Azərbaycana​ həsr olunmuş şeirlər dinlənilib.

Foto Qalereya