Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
6 May , 2022

06.05.2022-ci il tarixində Daşkəsən rayon Qabaqtəpə Pirverdilər kənd kitabxana filialı, Qabaqtəpə kənd klubu, Astaf kənd kitabxana filialı və Astaf kənd klubunun birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” adlı söhbət-sərgi keçirildi.

Tədbiri Qabaqtəpə Pirverdilər kənd kitabxana filialının müdiri Xəyalə Sadıqova açaraq “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur” adlı məruzə ilə çıxış etdi. Daha sonra Astaf kənd kitabxana filialının müdiri İsa Həsənova çıxış edərək Ümummilli Liderin bütün həyatını canından çox sevdiyi Azərbaycanın rifahına və davamlı inkişafına həsr etdiyini və hakimiyyətdə olduğu hər iki dövrdə Ulu Öndərin milli maraqlara əsaslanan uğurlu inkişaf strategiyasından və misilsiz xidmətlərindən bəhs etdi. Sonda kitabxananın oxucuları Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdilər və tədbir iştirakçıları “Heydər Əliyev-99” adlı sərgi ilə tanış oldular.

Foto Qalereya