Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Elanlar
25 Sentyabr , 2021

Daşkəsən rayon Mərkəzi kitabxananın Uşaq şöbəsi II Qarabağ müharibəsinə həsr olunmuş “Qələbəyə gedən yol” adlı şeir müsabiqəsinə start verdi.

Müsabiqə Uşaq şöbəsinin müdiri Pərvanə Məmiyeva tərəfindən A.Mürsəlov adına 2 saylı orta məktəbin VI sinif şagirdləri arasında keçiriləcək.

Müsabiqə oktyabrın 1-dən noyabrın 7-dək keçiriləcək.

Müsabiqə 12-13 yaşda olan uşaqlar arasında keçirilir. Müsabiqəyə yalnız 1 iştirakçı tərəfindən 1 şeir təqdim edilə bilər. Müsabiqəyə qoşulmaq istəyən özü haqqında məlumatı - ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, bölmə, sinif, telefon nömrəsi, elektron poçt ünvanını qeyd etməlidir.