Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS
Tədbirlər
26 Sentyabr , 2021

26.09.2021-ci il tarixində Daşkəsən rayon MKS-nin 1№-li Xoşbulaq kənd kitabxana filialı, 2 №-li Xoşbulaq kənd kitabxana filialı, Xoşbulaq Yaylaq kənd kitabxana filialı və Daşkəsən rayon Mədəniyyət Mərkəzinin Xoşbulaq Yaylaq klubu, Xoşbulaq Sənətkarlıq klubu 27 sentyabr Anım günü ilə bağlı şəhid ailələri ilə görüş təşkil ediblər.

Onlar şəhid Abdullayev Məhəmməd Vaqif oğlu, İbrahimov Mübariz Telman oğlu, Verdiyev Röyal Qabil oğlu, Bağırov Eşqin Raqif oğlunun ailələri ilə görüşüblər. Görüşdə 44 günlük vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirblər, şəhidlərimizin adlarını yaşatmağın gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıblar.

Foto Qalereya