Daşkəsən rayon Mərkəzi kitabxanası

Daşkəsən rayon MKS

Yeni kitablar
Hacı Musa Bədəlov. Sənin maraq dünyan "Hər şeydən, hər yerdən
30 Sentyabr , 2019
"Məktəb kitabxanası" seriyasından növbəti kitabımız Hacı Musa Bədəlovun "Sənin maraq dünyan hər şeydən, hər yerdən" adlanır. Əsasən orta yaşlı məktəblilər - 10 - 14 yaşlı oxucuları nəzərdə tutan bu seriyada H.Mirələmovun "Vicdanın cəzası", İlyas Əfəndiyevin "Ovcunun hekayəti", Solmaz Muxtarovanın "Yaşıl dünyanın nağılı", Vəfa Rəşidqızının "İbn Sina sevgilisini soraqlayır" adlı bədii kitabları bu qəbildəndir. Bu seriyadan bədii kitabla yanaşı elmi-kütləvi, tarixi kitabların da nəşri nəzərdə tutulmuşdur. Oxuculara təqdim olunan bu kitab formaca elmi - kütləvi məzmunca ensiklopedik məzmunlu kitabdır.